Bu il bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq - VİDEO

Bu il bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq - VİDEO

Hazırda oxunan: Bu il bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq - VİDEO

205931

Ali təhsil müəssisələrinə abituriyentlərlə yanaşı, orta ixtisas təhsili pilləsi üzrə "Subbakalavr" peşə-ixtisas dərəcəsi almış şəxslər də ixtisas seçimi edəcəklər.

Bizim.Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına əsasən, bu il universitetlərə müsabiqədənkənar qəbul olmaq üçün ümumilikdə 30500 elektron ərizə təsdiq edilib. Ekspertlərin fikrincə, bəzi ixtisaslar üzrə subbakalavrların demək olar ki, şansı yox səviyyəsindədir.

Eyni zamanda, bu ildən 15-ə yaxın universitetdə bəzi qiyabi ixtisaslara tələbə qəbulu aparılmayacaq. Bəzi universitetlərdə geologiya, qida, sənaye, neft-qaz, elektrik, maşın, metallurgiya kimi mühəndisliklə bağlı ixtisaslara qiyabi təhsilalma forması olmayacaq.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, bu universitetdə Elm və Təhsil Nazirliyi tərəfindən iki ixtisas üzrə plan yeri ayrılmadığı üçün həmin ixtisaslara qiyabi formada qəbul aparılmayacaq.

Həmçinin universitetdə tədris olunan bəzi ixtisaslara tələbat olmadığından onların əvəzinə yeni ixtisaslar açılıb.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO