“İnstagram”ın ardınca “Roblox” da Türkiyədə BLOKLANDI

“İnstagram”ın ardınca “Roblox” da Türkiyədə BLOKLANDI

Hazırda oxunan: “İnstagram”ın ardınca “Roblox” da Türkiyədə BLOKLANDI

205904

Türkiyədə "İnstagram"a giriş tam məhdudlaşdırıldıqdan sonra 15 milyondan çox oyunçunun qeydiyyatdan keçdiyi "Roblox"a giriş də bloklanıb.

Bizim.Media “En Son Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə İnformasiya Texnologiyaları İdarəsi öz saytında açıqlama yayıb.

Məlumatda, sözügedən oyunda uşaq istismarı və cinsi məzmunlu yazıların olduğu bildirilib.
Adana Baş Prokurorluğunun İnformasiya Cinayətləri Bürosu “Roblox”da uşaqlara qarşı zorakılığa səbəb olacaq məzmunun olduğu müəyyən edildikdən sonra bloklandığını bildirib.

Homoseksuallığı təşviq etmək üçün virtual partiyaların təşkili və uşaqların reklam məqsədilə iştirakını təmin etmək üçün bot hesabların "robux" adlı oyun pullarını paylaması girişin qarşısını almağın səbəblərindən biri kimi qeyd olunub.

Bildirilib ki, "Roblox"da sözügedən məzmuna nəzarət etmək mümkün olmadığı üçün giriş bloku tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO