Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs SAXLANILDI

Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs SAXLANILDI

Hazırda oxunan: Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs SAXLANILDI

205640

Şəmkirdə 36 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

"Faktla bağlı araşdırmalar davam etdirilir"-deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO