Şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA

Şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA

Hazırda oxunan: Şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA

205447

Avqustun 7-si saat 8:30-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb. 

Düşən yağıntının miqdarı Gədəbəy, Naftalan, Qobustan, Altıağac, Quba, Şabranda, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 
 

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 18 m/s-dək güclənib. Qrız, Şahdağda duman müşahidə olunub. 


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO