Avtomobillər qəfildən niyə yanır? - VİDEO

Avtomobillər qəfildən niyə yanır? - VİDEO

Hazırda oxunan: Avtomobillər qəfildən niyə yanır? - VİDEO

205436

Qəbələdə hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb. Sosial şəbəkələrdə yayılan həmin kardrlardan aydın olur ki, minik avtomobili yanır.

Bir neçə gün əvvəl isə Səbail rayonu ərazisində taksi yanıb. Hər iki hadisədə xəsarət alan olmayıb.

Bəs avtomobillərin xüsusən də yay aylarında yanmasına səbəb nədir? Texniki nasazlıq, yoxsa isti hava? 

Bizim.Media xəbər verir ki, mövzuya avtomobil ustası Sahil Ağabəyli münasibət bildirib.

Onun sözlərinə görə, yanğınlar adətən avtomobilin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir. Usta hesab edir ki, avtomobilə əlavə avadanlıq quraşdırıldıqda naqillər həmin yükü qaldıra bilmir, nəticədə belə hadisələr də qaçılmaz olur.
 

Usta deyir ki, çox nadir hallarda yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıq nəticəsində yanğın ola bilər. Bu da adətən ili nisbətən köhnə olan avtomobillərdə baş verir.


Ustalar məsləhət görürlər ki, sürücülər avtomobilə əlavə avadanlıq quraşdırmasınlar.

Daha ətraflı videomaterialda:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO