Goranboy rayonunda gün ərzində 3 yol-nəqliyyat hadisəsi olub, qəzalarda 6 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü G.Orucova xəsarət alıb.
Digər yol-nəqliyyat hadisəsi isə Ağcakənd kəndində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü F.Əliyev, 1978-ci il təvəllüdlü E.Məmmədov və 10 yaşlı E.Məmmədov xəsarət alıblar.
Rayonun Borsunlu kəndində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, su daşıyan "ZİL" markalı yük avtomobili sement daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində su daşıyan maşın zərbənin gücündən aşıb. Hadisə zamanı "ZİL"-in sürücüsü, 1967-ci il təvəllüdlü M.Babayev, habelə yük maşının da sürücüsü xəsarət alıb.
Qəzalarda xəsarət alanlardan 5 nəfəri xəstəxanaya çatdırılıb, bir nəfərə, sement daşıyan yüş maşının sürücüsünə isə hadisə yerində ambulator yardım göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.
Bizim.Media