Ölkəyə gətirilən külli miqdarda pirotexniki vasitənin qarşısı alındı

Ölkəyə gətirilən külli miqdarda pirotexniki vasitənin qarşısı alındı

Hazırda oxunan: Ölkəyə gətirilən külli miqdarda pirotexniki vasitənin qarşısı alındı

205295
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21 074" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.
xa0
Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Nəqliyyat vasitəsinə tətbiq edilən gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbası ilə yazılar olan 400 qutu pirotexniki vasitələr aşkar edilib.
xa0
İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan daha bir məlumat əsasında Gürcüstandan Azərbaycana "Mersedes Benz 250D" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı da eyni üsülla sorğu-sual edilib. Həmin şəxs də avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbasl ilə yazılar olan 300 qutu pirotexniki vasitə aşkar olunub.
xa0
Hər iki faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO