“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2023-cü ili 19 milyon 374 min manat xalis mənfəətlə başa vurub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə telekanalın maliyyə hesabatından məlum olur.
Bu il yanvarın 1-nə AzTV-nin aktivləri 34 milyon 833 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır.
Hesabat dövründə qurumun öhdəlikləri 37 % azalaraq 1 milyon 646 min manata düşüb, balans kapitalı isə 1,2 % artaraq 33 milyon 187 min manata çatıb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,725 milyon manatdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:32 / 05.08.2024
“AzTV” ötən il nə qədər mənfəət QAZANIB? - FOTO
Hazırda oxunan: “AzTV” ötən il nə qədər mənfəət QAZANIB? - FOTO
Hazırda oxunan: “AzTV” ötən il nə qədər mənfəət QAZANIB? - FOTO
205209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.