SON DƏQİQƏ: İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı

SON DƏQİQƏ: İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı

Hazırda oxunan: SON DƏQİQƏ: İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyitləri tapıldı

205202

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri aşkarlanıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğlunun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Laçında iki əsgərimiz itkin düşdü: Müdafiə Nazirliyi axtarış aparır


Məlumata görə, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.

Qeyd edək ki, 2022-ci ilin martın 3-də Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun əsgərləri – F.Məmmədovla F.Abdullayev hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən azaraq itkin düşüblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO