Bakının mərkəzində su borusu 15 gündən bir niyə PARTLAYIR? – Rəsmi AÇIQLAMA – VİDEO

Bakının mərkəzində su borusu 15 gündən bir niyə PARTLAYIR? – Rəsmi AÇIQLAMA – VİDEO

Hazırda oxunan: Bakının mərkəzində su borusu 15 gündən bir niyə PARTLAYIR? – Rəsmi AÇIQLAMA – VİDEO

205197

Bakıda su borusunun partlaması nəticəsində bir neçə küçəni su basıb. Söhbət Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal 10 ünvanından gedir. Sözügedən ərazidə yerləşən binada su borusunun partlaması nəticəsində həyəti və ətraf məhəllələri su basıb. Bu da ərazidəki bina sakinlərinin hərəkətini məhdudlaşdırıb. 

Bizim.Media-ya məsələ ilə bağlı şikayətlənən sakinlərin sözlərinə görə bu hal mütəmadi olaraq baş verir və problem birdəfəlik həllini tapmır. Borular bir müddət sonra yenə partlayır. Sakinlər deyir ki, müvəqqəti bərpa təxminən 15-20 gün çəkir. Yaranan gölməçələrdən təngə gələn sakinlər cavabdeh qurumdan problemin təməlli həll edilməsini istəyirlər. 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, problem bu gün aradan qaldırılıb. 

“Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal 10 ünvanında polietilen boruda su sızması baş verib. Dünən gecə saatlarından etibarən axıntının qarşısı müvəqqəti alınıb. Bu gün səhər tezdən Nəsimi rayon Sukanal idarəsinin əməkdaşları su xəttinin zədələnmiş hissəsini dəyişdirərək problemi aradan qaldırıblar”, - deyə qurumdan bildirilib.

Ümid edirik, “15 günlük” həll edilən problem bir daha təkrarlanmayacaq. 


Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO