Qobu qəsəbəsində 35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

Qobu qəsəbəsində 35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

Hazırda oxunan: Qobu qəsəbəsində 35 yaşlı kişi öldürüldü - Qonşusu tutuldu

205103

Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Qaradağ rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO