Zəngilan rayonunun Şəfibəyli kəndində yanğın oldu - VİDEO

Zəngilan rayonunun Şəfibəyli kəndində yanğın oldu - VİDEO

Hazırda oxunan: Zəngilan rayonunun Şəfibəyli kəndində yanğın oldu - VİDEO

205012

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu, Şəfibəyli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində açıq ərazidə ümumi sahəsi 120 hektar olan kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO