Gənc şair İbrahim Xudayi Salyanda dindarlar tərəfindən döyülüb.
Bizim.Media xəbər verir ki, bu barədə o özü feysbukda paylaşım edib. Məlumata görə hadisə gecə baş verib.
MÖVZU İLƏ BAĞLI:
Salyanda şantajla pul alan şəxs saxlanıldı
“Hazırda Salyanda dindar psixologiyasına xidmət edən kəslərin təhqir və hücumuna məruz qalmışam. Ayaqlarım qan içindədir. Polis əməkdaşları hadisə yerində heç bir müdaxilə etmir”-deyə o qeyd edib.
Qeyd edək ki, İ.Xudayi antiteizm dünyagörüşünə sahibdir. Onun yaradıcılığının əsas xəttini dinə qarşı şeirlər təşkil edir.
Bizim.Media