Füzulidə növbəti əmək yarmarkası: 300-ə yaxın vakansiya var - FOTO

Füzulidə növbəti əmək yarmarkası: 300-ə yaxın vakansiya var - FOTO

Hazırda oxunan: Füzulidə növbəti əmək yarmarkası: 300-ə yaxın vakansiya var - FOTO

204862

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə növbəti əmək yarmarkası təşkil edəcək.

Bu barədə Bizim.Media-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, yarmarka avqustun 6-da saat 11:00-da Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin inzibati binasında keçiriləcək.

Tədbirdə işsiz və işaxtaran şəxslərə 18 müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim ediləcək.

Onlara Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları, layihələr barədə ətraflı məlumatlar da veriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO