Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada 18 yaşlı qız həyatını itirdi

Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada 18 yaşlı qız həyatını itirdi

Hazırda oxunan: Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada 18 yaşlı qız həyatını itirdi

204740

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb. 

Bizim.Media xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşdu - Yaralananlar var - VİDEO


Xatırladaq ki, bu gün Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. 

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırmalar davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO