Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək

Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək

Hazırda oxunan: Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək

204444

Özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Şöbə müdiri bildirib ki, layihə əsasında özəl bağçaların bir qisminin xərclərini dövlət ödəyəcək:

"Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək.

Əlavə olaraq, icma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələri çərçivəsində yaradılan qısamüddətli, həmçinin ailə tipli təlim qrupları modeli məktəbəqədər təhsildən kənarda qalmış uşaqların məktəbəqədər təhsil xidmətləri ilə təmin olunmasını hədəfləyir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO