Deputatlığa namizədin bıçaqladığı şəxsin vəziyyəti necədir? - AÇIQLAMA

Deputatlığa namizədin bıçaqladığı şəxsin vəziyyəti necədir? - AÇIQLAMA

Hazırda oxunan: Deputatlığa namizədin bıçaqladığı şəxsin vəziyyəti necədir? - AÇIQLAMA

204430

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində iyulun 30-da deputatlığa namizəd tərəfindən bıçaqlandığı bildirilən şəxs əməliyyat edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən “report.az”ın sorğusuna verilən cavabda bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda deputatlığa namizəd 50 yaşlı kişini BIÇAQLADI


Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Nazir Ağacavad oğlu Cavadov 2024-cü il iyulun 30-u saat 22:15 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına daxil olub.

Sol döş boşluğunun daxilinə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiyaya yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Xatırladaq ki, N.Cavadovun 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizəd olan Taleh Məmmədov tərəfindən bıçaqlandığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO