Qarabağ Universitetini bitirən gənclər işlə təmin olunacaq? – RƏSMİ AÇIQLAMA

Qarabağ Universitetini bitirən gənclər işlə təmin olunacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qarabağ Universitetini bitirən gənclər işlə təmin olunacaq? – RƏSMİ AÇIQLAMA

204241

Qarabağ Universiteti ilə bağlı sosial şəbəkələrdə maraqlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Qarabağ Universitetində təhsil alan gənclər təhsillərini başa vurduqdan sonra işlə təmin olunacaqlar.

Bəs bu məlumat reallığı əks etdirirmi?

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verib. O bildirib ki, Qarabağ Universitetində təhsil alacaq gənclərə bir çox güzəştlər tətbiq ediləcək:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Universiteti belə olacaq – FOTO  


“Təhsil, yataqxana ödənişsizdir, hər bir tələbə təqaüd alacaq və s. Bundan əlavə, təhsil kifayət qədər keyfiyyətli, tədris prosesi isə beynəlxalq səviyyəli olacaq. Buna görə də təbii ki, oranı bitirən hər hansı bir tələbənin nəzəri və praktiki bilikləri yüksək olacağı üçün əmək bazarına çıxışında heç bir problem yaranmayacaq. Ancaq Qarabağ Universitetini bitirən şəxslərin işlə təmin olunacağı ilə bağlı hansısa rəsmi açıqlama yoxdur”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO