Bakının Nərimanov rayonunda 1980-ci il təvəllüdlü Nicat azyaşlı Əsmərə (adlar şərti göstərilib - red.) qarşı əxlaqsız hərəkətlər edib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin sentyabrın 16-da baş verib.
Nicat həmin gün saat 13:45-də Nərimanov rayonunda yerləşən yaşayış binasının girişindəki pilləkənlərdə oturan 2017-ci il təvəllüdlü Əsmərə yaxınlaşıb. Onda cinsi ehtiras hissləri yaratmaq və özünün cinsi ehtirasını təmin etmək məqsədilə əlindən və dodaqlarından öpüb, əli ilə ona qarşı əxlaqsız hərəkətlər edib.
Hadisəni törədən Nicatın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, günorta saatlarında yaşadığı evin yaxınlığında nahar edən zaman bir qədər spirtli içki qəbul edib və içkinin təsirindən sərxoş
vəziyyətdə olub:
"Həmin gün saat 13:45-də tanışlarımdan birinin sifarişi ilə Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən binanın həyətinə həmin binaya ev əşyalarını daşımaq üçün gəldim. Ev yüklərini həmin binaya qaldıran zaman binanın girişindəki blokun qarşısındakı pilləkənlərdə azyaşlı qız uşağının oturduğunu gördüm. Spirtli içkinin təsiri altında olduğumdan həmin qız uşağını gördükdən sonra özümdən asılı olmadan həmin uşağa qarşı şəhvət hissi yarandı və ehtiraslandım. Buna görə də həmin uşağa yaxınlaşdım, ehtirasımı təmin etmək üçün əvvəlcə əlindən, daha sonra isə dodaqlarından öpdüm. Daha sonra isə qızında ehtiraslanması üçün əlim ilə onun intim yerlərinə toxundum. Həmin vaxt uşağın anası eyvandan səs-küy saldı. Həmçinin də bina sakinləri mənim uşağı öpməyimi gördüklərindən səs-küy saldılar. Mən də qorxaraq oradan qaçdım".
İş üzrə ifadə verən azyaşlının atasının sözlərinə görə, zərərçəkmiş Əsmər onun doğma övladıdır: "Hadisə günündən sonra qızım yuxu yata bilmir, həmin şəxsin onu qaçıracağını düşünür. Mən və arvadım hadisəni qızımın yadına salmamaq üçün əllərimizdən gələni edirik. Ona görə də azyaşlı övladım bu məsələdən psixoloji travma aldığı üçün yenidən məhkəməyə çağırılaraq dindirilməməsini xahiş edirik".
Azyaşlının atası bildirib ki, hadisə günü arvadı Ləman atası evinə qonaq gedib: "Saat təxminən 13:00 radələrində arvadım uşaqları gəzdirmək üçün həyətə düşürmək qərarına gəlib. Uşaqlarla birlikdə binadan çıxmaq istəyərkən oğlumun ayaqqabısını evdə unutduğunu bilib və uşaqları binanın blokunda saxlayaraq evə daxil olub. Uşaqlar həmin vaxt blokda pilləkəndə oturub arvadımı gözləyiblər. Bu zaman arvadım səs-küy eşidib və bloka çıxdıqda təxminən 40 yaşlarında kişinin blokdan çıxaraq qaçdığını görüb. Arvadım qızım Əsmərin ağladığını görüb və nə olduğu ilə maraqlandıqda bir nəfər kişinin onun dodağından öpərək əlini onun aşağı ətraflarına vurmasını deyib. Arvadım ətrafdan maraqlandıqda, qonşular həmin kişinin Əsmərin dodağından öpdüyünü, əli ilə onun bədən səthinə toxunduğunu, qonşuların səs-küyündən sonra isə qaçaraq binadan uzaqlaşdığını bildiriblər. Arvadım həmin gün saat təxminən 14:00 radələrində mənimlə telefon əlaqəsi saxlayaraq bu barədə məlumat verdi".
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nicat 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Bizim.Media