Azyaşlının faciəli şəkildə öldüyü hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Azyaşlının faciəli şəkildə öldüyü hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hazırda oxunan: Azyaşlının faciəli şəkildə öldüyü hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO

204008

Cəlilabad rayonunda baş vermiş bədbəxt hadisənin təfərrüatı məlum olub. Belə ki, kənd sakini 2021-ci il təvəllüdlü Cahid Vahabov nəzarətdən yayınaraq qonşu evinə gedib və hündür pilləkənlə ikinci mərtəbədə yerləşən açıq balkona çıxıb.

Bizim.Media xəbər verir ki, uşaq burada müvazinətini itirərək yerə yıxılıb.

Bunu görən qonşular dərhal hadisə yerinə gəliblər.

Xəsarət alan azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun yolda dünyasını dəyişdiyi məlum olub.

Qeyd edək ki, C.Vahabov evin tək övladı olub.

Ətraflı APA TV-nin süjetində:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO