TƏCİLİ: Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO

TƏCİLİ: Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO

Hazırda oxunan: TƏCİLİ: Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO

203910

Çimərlik mövsümü başlayandan uşaqlar arasında halsızlıq, qızdırma, qusma və ishal kimi hallarla müşahidə edilən rotavirusa yoluxma geniş yayılıb.

Bizim.Media xəbər verir ki, mövzuya həkim Aytən Ziyadova münasibət bildirib.

Onun sözlərinə görə, rotavirus bağırsaq infeksiyasıdır və bu virusa yoluxma şəxsi gigiyena qaydalarına riayət etmədikdə baş verir.

Rotavirus infeksiyası özünü bir neçə formada biruzə verə bilər. Məsələn, bir neçə gün ərzində qusma, 3-7 gün ərzində ishal, qarında ağrılar, bədən temperaturunun qalxması, kəskin respirator virus infeksiyası simptomları, zəiflik, baş gicəllənməsi bu virusun əlamətidir.

Həkim onu da qeyd edib ki, virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdır. Müalicə simptomların aradan qaldırılmasına əsaslanır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO