“Qarabağ”ın legioneri Türkiyə klubu ilə ANLAŞDI

“Qarabağ”ın legioneri Türkiyə klubu ilə ANLAŞDI

Hazırda oxunan: “Qarabağ”ın legioneri Türkiyə klubu ilə ANLAŞDI

203829

"Qarabağ"ın futbolçusu Redon Cica karyerasını Türkiyədə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Ankaragücü" alban hücumçunu transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. I Liqa təmsilçisi Cica ilə razılıq əldə edib. "Ankaragücü" Azərbaycan çempionu ilə təzminatla bağlı müzakirələr aparır.

Qeyd edək ki, "Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. 26 yaşlı forvard ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO