Ucarda mikroavtobus evakuatorla toqquşdu

Ucarda mikroavtobus evakuatorla toqquşdu

Hazırda oxunan: Ucarda mikroavtobus evakuatorla toqquşdu

20367

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki,qurumun  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunun Qarabörk kəndində "Ford" markalı mikroavtobus və "İsuzu" markalı evakuatorun toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan "Ford" markalı mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO