Bakıda daha yeddi avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bu gündən Bakının Xətai rayonunun Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şosesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:32 / 26.07.2024
Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
203644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.