Bu 8 kv.metrdə minlərlə ayaq izi var, daha doğrusu ayaqqabı izləri...
Vaqif dayı Masallıda sayılıb-seçilən çəkməçi-pinəçidir. O, düz 45 ildir öz sənətinin aşiqidir. Bu 8 kv.metrlik yer isə İsi Məlikzadənin "Qatarda" əsərinin qəhrəmanı Dadaşovun kupesi yox, Vaqif kişinin ayaqqabı təmiri köşküdür.
Alətlər, divarda onun haqqında vaxtı ilə yazılmış məqalələr, radio, təmir materialları, aldığı fəxri fərmanlar köşkün mənzərəsini maraqlı fona bürüyür. Əyləşdiyi kiçik kətildə - ondan sağda isə elektriksiz qəlib maşını var. Söhbətimizə də elə bu qəlibdən başlayırıq...
Daha ətraflı Bizim.Media-nın videoreportajında:
Sabutay, Bizim.Media, Cənub bürosu