Mağazada ehtiyatsızlıqdan zərər görən məhsula görə müştəri ÖDƏNİŞ ETMƏLİDİR?

Mağazada ehtiyatsızlıqdan zərər görən məhsula görə müştəri ÖDƏNİŞ ETMƏLİDİR?

Hazırda oxunan: Mağazada ehtiyatsızlıqdan zərər görən məhsula görə müştəri ÖDƏNİŞ ETMƏLİDİR?

203546

Bəzən mağazalarda müştəri ehtiyatsızlığı səbəbindən malların dağılması və istifadəyə yararsız vəziyyətə düşməsi hallarına rast gəlinir. Belə durumlar müştərilər və mağazanın məsul şəxsləri arasında anlaşmazlıqların yaşanmasına səbəb ola bilir. Belə ki, bəzi müştərilər hadisənin ehtiyatsızlıq səbəbindən baş verməsini əsas gətirərək, dəyən ziyanı ödəməkdən imtina edirlər. Mülkiyyətçi isə dəymiş zərərin ödənilməsini tələb edəndə tərəflər arasında mübahisə yaranır.

Bəs mağazada müştəri ehtiyatsızlığı səbəbindən ziyan dəyən mala görə ödənişi kim etməlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, istehlakçı ehtiyatsızlıqdan hər-hansı bir məhsula zərər vurarsa, bu zaman dəymiş ziyan müştəri tərəfindən ödənilməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO


“Mülki Məcəllənin 1097-ci maddəsinə görə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Bu zərər hətta ehtiyatsızlıqdan törədilmiş olsa belə, müştəri tərəfindən ödənilməlidir. Verdiyi zərərin ehtiyatsızlıq üzündən baş verməsi həmin şəxsi məsuliyyətdən azad etmir.

Mağaza qırılan malların qiymətini alıcıdan (əgər bu təsadüfi halla baş verməyibsə) ya könüllü olaraq, ya da məhkəmə qaydası ilə ala bilər. Alıcı mallara vurulan zərərin təqsirkar hərəkətləri nəticəsində baş verdiyinə inanırsa, zərəri könüllü şəkildə ödəyə bilər. Lakin alıcı özünü təqsirkar hesab etmirsə, mağaza rəhbərliyi onu ziyanın əvəzini verməyə məcbur etməyə haqqı yoxdur”.

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO