Bərdə və Tərtərdə sahibkarlara obyektlərin çıxarışları TƏQDİM OLUNDU – FOTO/VİDEO

Bərdə və Tərtərdə sahibkarlara obyektlərin çıxarışları TƏQDİM OLUNDU – FOTO/VİDEO

Hazırda oxunan: Bərdə və Tərtərdə sahibkarlara obyektlərin çıxarışları TƏQDİM OLUNDU – FOTO/VİDEO

203427

Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi davam edir.

Bizim.Media xəbər verir ki, artıq ölkə üzrə 791 bu cür qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Çıxarışla təmin edilmiş obyektlər paytaxt Bakı ilə yanaşı, ölkənin regionlarını da əhatə edir.

Fərmanın icrası çərçivəsində iyulun 24-də Bərdə və Tərtər rayonlarında da bu kateqoriyadan olan obyektlərin çıxarışları sahibkarlara təqdim olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Elmar Yaqubov jurnalistlərə müsahibəsində bildirib ki, bu il iyulun 20-dək 7990 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim olunub, 791 qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq, hüquq sahibləri elektron çıxarışla təmin edilib.

“Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq, istismarına icazə verilən obyektlərə çıxarışın verilməsi sahibkarlar tərəfindən razılıqla qarşılanır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış qeyri-yaşayış təyinatlı binaları əhatə edir. Bu cür obyekt sahibləri 1 yanvar 2025-ci ilədək qeyri-yaşayış binasının layihəsi ilə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə yanaşı, həm də ümumilikdə ölkə üzrə daşınmaz əmlakı qeydiyyatı ilə bağlı xeyli işlər görülüb. Təkcə 2024-cü ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı qəbul olunmuş müraciət sayı 182 162 olub. Bunlardan icra edilmişlərin sayı 164 837, icrasından imtina edilmiş müraciət sayı isə 12 705 təşkil edib.

İmtinanın əsas səbəbləri isə aşadakılardır:

1. Təqdim edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici və texniki sənədlər ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilib.

2. Daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində və kadastrında saxlanılan məlumatlarla uyğunsuzluq aşkar edilib.

3. Hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdən hər hansı biri təqdim edilməyib.

4. Daşınmaz əmlakın magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşməsi Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kateqoriyaya uyğun deyil.

 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO