Qarpız toxumu antidepresan imiş - FOTO

Qarpız toxumu antidepresan imiş - FOTO

Hazırda oxunan: Qarpız toxumu antidepresan imiş - FOTO

203279

ABŞ alimləri qarpız toxumlarının antidepresan dərmanları əvəz edə biləcəyini açıqlayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Northwestern” universitetinin alimləri araşdırma aparıb.

Mütəxəssislər Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yetişən qarpız toxumlarının tərkibində yüksək səviyyədə maqnezium, protein və folat aşkar ediblər.

Bildirilib ki, insan orqanizminin ən çox ehtiyac duyduğu bu minerallarla zəngin olan qarpız tumları çiy istehlak edildikdə mineral balansını pozur və zəhərlənməyə səbəb olur. Qeyd olunub ki, qarpız tumları qaynadılmış və qovrulmuş halda istehlak edilməlidir. 

Alimlər qaynadılmış qarpız tumlarının sinir sisteminə müsbət təsir etdiyini vurğulayıblar. Maqnezium sayəsində sinir sistemi hüceyrələrinin deformasiya ehtimalı azalır. Qarpız toxumlarının həm maqnezium, həm də fol turşusu ilə zəngin olması sinir sistemini tez bərpa edir. Həmçinin əlavə olunub ki, qarpız toxumlarında sümükləri gücləndirən və orqanizmin müqavimətini artıran sink və zülal da var. 






Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO