Ağadadaş Ağayevlə bağlı DİN-dən AÇIQLAMA

Ağadadaş Ağayevlə bağlı DİN-dən AÇIQLAMA

Hazırda oxunan: Ağadadaş Ağayevlə bağlı DİN-dən AÇIQLAMA

203210

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. 

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı Bizim.Media-ya bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır


N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Qeyd edək ki, sözügedən məlumatı ilk olaraq “News24.az” saytı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO