Geomaqnit sahəsinin 21 iyulda baş vermiş plazma atılması 24 iyulda Yerə çatarsa, G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.
Bizim.Media xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Günəş küləyinin 24 iyuladək nominal qiymətlərdə olacağı, sonra isə 21 iyulda baş vermiş plazma atılmasının təsiri ilə sürətinin artması ehtimalı var.
Qeyd edilib ki, hesabat dövrü ərzində Günəş fəallığı nisbətən artaraq həftə boyunca M sinif alışmalar qeydə alınıb. Maksimal sinifli alışma 3738 regionunda qeydə alınan X1.9 sinifli alışma olub. Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TAC) qeydə alınıb. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit - səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib. Hazırda Kp indeksi 1.5-yə bərabərdir və kosmik hava sakitdir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:19 / 23.07.2024
Geomaqnit qasırğası olacaq – BU TARİXDƏ
Hazırda oxunan: Geomaqnit qasırğası olacaq – BU TARİXDƏ
Hazırda oxunan: Geomaqnit qasırğası olacaq – BU TARİXDƏ
203197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.