İslam Partiyasının sədr əvəzinə 16 il HƏBS CƏZASI KƏSİLDİ

İslam Partiyasının sədr əvəzinə 16 il HƏBS CƏZASI KƏSİLDİ

Hazırda oxunan: İslam Partiyasının sədr əvəzinə 16 il HƏBS CƏZASI KƏSİLDİ

20304

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan  Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı Hacı İlham Əliyev növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Hacı İlham Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, ötən ilin fevral ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Vətənə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. 

Məlumat üçün bildirək ki, Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilib. Partiya dövlət qeydiyyatından 1992-ci il sentyabrın 20-də keçib. 1995-ci ildə partiya sədri Hacı Əlikram İrana casusluqda ittiham olunaraq həbs edilib və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Daha sonra partiyanın sədri olan Mövsüm Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və s. ittihamlarla müxtəlif müddətə həbs olunublar. Mövsüm Səmədov 12 il həbs cəzası alıb.

Həmin zamandan Mövsüm Səmədovun birinci müavini olan İlham Əliyev partiyanın sədr əvəzi vəzifəsini icra etməyə başlayıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO