"Malaysia Airlines" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş ETDİ

Hazırda oxunan: "Malaysia Airlines" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş ETDİ

202786

"Malaysia Airlines" aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bizim.Media xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

"Airbus A350" təyyarəsi yerli vaxtla saat 6:42-də Bakı hava limanında uğurla eniş edib.
Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO