“Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2008-2020-ci illər ərzində (1 oktyabr 2020-ci ilədək) 1830 nəfər (övladları ilə birlikdə 1873 nəfər) vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov deyib.
Onun sözlərinə görə, bu müddət ərzində 162 308 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:32 / 06.05.2021
Son 12 ildə Azərbaycan vətəndaşlığı alan şəxslərin sayı açıqlandı
Hazırda oxunan: Son 12 ildə Azərbaycan vətəndaşlığı alan şəxslərin sayı açıqlandı
Hazırda oxunan: Son 12 ildə Azərbaycan vətəndaşlığı alan şəxslərin sayı açıqlandı
20277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.