Milli Mətbuat Günü münasibətilə növbəti dəfə “Sosial Jurnalistika” təlimi KEÇİRİLİB - FOTO

Milli Mətbuat Günü münasibətilə növbəti dəfə “Sosial Jurnalistika” təlimi KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Milli Mətbuat Günü münasibətilə növbəti dəfə “Sosial Jurnalistika” təlimi KEÇİRİLİB - FOTO

202727

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.

Bizim.Media xəbər verir ki, 22 İyul - Milli Mətbuat Günü münasibətilə təşkil edilən təlimdə 14 media qurumundan jurnalistlər iştirak edib.

“Məzuniyyət hüququ” mövzusuna həsr edilən təlimdə iştirakçılara əmək məzuniyyəti,  sosial məzuniyyət, təhsil məzuniyyəti və ödənişsiz məzuniyyət növləri eləcə də Əmək və Məşğulluq altsistemindəki (ƏMAS) yeniliklər haqqında ətraflı məlumat verilib. Media nümayəndələrinin bu mövzuda sualları cavablandırılıb.

Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə workshop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar. 
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.

“Sosial Jurnalistika” təlimlərinin təşkil edilməsində məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO