İstirahətə gedən ailə Siyəzəndə qəzaya düşdü

İstirahətə gedən ailə Siyəzəndə qəzaya düşdü

Hazırda oxunan: İstirahətə gedən ailə Siyəzəndə qəzaya düşdü

202693

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun Siyəzəndən keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın bölgə müxbirinin verdiyi məlumata görə hadisə rayonun Yenikənd kəndi ərazisindən keçən 119-cu km-də qeydə alınıb.

Masallı rayon sakini Rahib Ağayevin idarə etdiyi yük avtomaşını ilə Tərtər şəhər sakini Eldar Əliyevin idarə etdiyi "Lada" 2109 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-2109-un sürücüsü 49 yaşlı Eldar Məmmədəli oğlu Əliyev, həyat yoldaşı 40 yaşlı Aygün Rəhbət qızı Əliyeva, 17 yaşlı Leyla Əliyeva, 16 yaşlı Elcan Əliyev və 14 yaşlı Heybət Heybətov müxtəlif xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
Qəzanın səbəbləri araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO