Ağadadaş Ağayev vəfat edib? – AÇIQLAMA - FOTO

Ağadadaş Ağayev vəfat edib? – AÇIQLAMA - FOTO

Hazırda oxunan: Ağadadaş Ağayev vəfat edib? – AÇIQLAMA - FOTO

20263

Dünən bəzi yerli KİV-lər Xalq artisti Ağadadaş Ağayevin vəfat etdiyi barədə xəbər yayıb.

Bizim.Media xəbər verir ki, ifaçının ölüm xəbərini ilk təkzib edən xeyriyyəçi Hacı Nuran olub.

O, bu barədə İnstagram səhifəsində post paylaşaraq bəzi sayt rəhbərlərini reytinq xətrinə bu cür xəbərləri tirajlamaqda günühlandırıb. 

Xeyriyyəçi qeyd edib ki, bu xəbəri eşitdikdən dərhal sonra Türkiyəyə səfər edərək, hazırda orada xərçəng xəstəliyindən müalicə alan ifaçını ziyarət edib. Onun sözlərinə görə, hazırda Ağadadaş Ağayevin səhhəti normaldır və o, özünü yaxşı hiss edir.

“Hazırda onun yanındayam. O, bu xəbərlərə baxıb gülür. Amma gözlərinin dərinliyində təəssüf hissi olduğunu görürəm. Ürək-dirək verir, fikir verməməyi xahiş edirəm. Bəzi sayt rəhbərlərinə bildirim ki, Ağadadaş Ağayev sağ-salamatdır və hazırda müalicəsi də davam edir. Həyat yoldaşı da, mən də yanındayıq. Narahatlığa heç bir əsas yoxdur”,- deyə o, qeyd edib.

Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev bir müddət əvvəl Türkiyədə əməliyyat olunub.

Hazırda müalicəsi davam edən müğənni xərçəng xəstəliyindən əziyyət çəkir.

Bizim.Media 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO