Ceyhun Hüseynovun Naxçıvanda 40 mərasimindən VİDEOREPORTAJ/FOTO

Ceyhun Hüseynovun Naxçıvanda 40 mərasimindən VİDEOREPORTAJ/FOTO

Hazırda oxunan: Ceyhun Hüseynovun Naxçıvanda 40 mərasimindən VİDEOREPORTAJ/FOTO

202578

Xəbər veridyimiz kimi iyun ayının 9-da naməlum şəraitdə itkin düşmüş  Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun sonradan nəşi tapıldı. Onun nəşi Ordubad rayonunun Gənzə kəndində torpağa tapşırıldı. Bu gün Ceyhun Hüseynovun ölümündən 40 gün keçir.

Bununla bağlı Gənzə kəndində mərasim keçirilib. Mərasim iştirakçıları əvvəlcə Ceyhun Hüseynovun məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad edib.
 



Ceyhunu yaxından tanıyan hər bir kəs onun ölümünü böyük itki adlandırıb. Çünki, 25 illi qısa ömründə Ceyhun bir sıra müsbət keyfiyyətləri ilə, o cümlədən savadı, qabiliyyəti və tərbiyəsi ilə hər kəsin rəğbətini qazanmışdı. Onu tanıyanlar təəssüflə qeyd edirlər ki, Ceyhun sağ qalsa idi, vətəni və milləti üçün çox layiqli bir övlad olacaqdı. Çünki, onun amalı, qayəsi oxumaq, öyrənmək, həqiqətin yanında durmaq və ən başlıcası elinə, obasına baş ucağlığı gətirmək idi.


Lakin fələk Ceyhunun və onun yaxınlarının, doğmalarının arzularını, planlarını çilik-çilik etdi, yarı yolda qoydu. Ondan gözləntilər xəyal olaraq göylərə qalxdı. Amma Ceyhun özündən sonra işıqlı xatirələr qoyub getdi. Bu gün fiziki yoxluğu onu tanıyanları göynətsə də, Ceyhunun özündən sonra qoyub getdiyi xoş xatirələr hər kəsin təsəllisidir...

Qeyd edək ki, Ceyhun Hüseynov 16 noyabr 1999-cu ildə Bakı şəhərində anadan olub. O,  mehribançılığı, səmimiyyəti, çalışqanlığı ilə hər zaman yaşıdlarından fərqlənib.

İbtidai təhsilini Akademik Zərifə Əliyeva adına liseydə alan Ceyhun, nümunəvi davranışı və savadı ilə müəllimlərinin sevimlisi olub.  


Liseyi bitirdikdən sonra qəbul imtahanında 627 bal toplayan Ceyhun ADA Universitetində təhsilini davam etdirib. Daha sonra isə Təl-Əvivdə magistratura təhsilini bitirib.

Ali təhsilini başa vurduqdan sonra Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbiyə yollanıb. Lakin, hərbidən tərxis olunmağına 20 gün qalmış onun qısa və lakin mənalı ömrü sona çatıb. Beləcə, əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb. 

Allah rəhmət eləsin!










Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO