Şimal-qərb rayonlarında havanın temperaturu endi - FOTO

Şimal-qərb rayonlarında havanın temperaturu endi - FOTO

Hazırda oxunan: Şimal-qərb rayonlarında havanın temperaturu endi - FOTO

202507

Axşam saatlarından başlayaraq şimal-qərb rayonlarında havanın temperaturu bir neçə dərəcə aşağı düşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gün bölgə rayonlarında temperatur 32-35 dərəcə arasında dəyişdiyi halda, axşam bu göstərici 28 dərəcəyə kimi enib. 

Səhər saatlarından etibarən isə Şəki və qonşu rayonlarda narın yağış yağıb. Hazırda bölgə rayonlarında hava buludlu və sərindir. Havanın temperaturu isə 23-25 dərəcə arasında dəyişir.

Şəki Regional Hidrometeorologiya Müəssisəsidən bildirilib ki, belə hava şəraiti bu gün və sabah gün ərzində davam edəcək. Hətta bəzi dağlıq və dağətəyi ərazilərdə yağış yağması ehtimalı var. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO