Lənkəranda yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

Lənkəranda yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

Hazırda oxunan: Lənkəranda yay məktəbinin iştirakçıları ilə görüş keçirilib

202489

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri üçün Lənkəran şəhərində təşkil olunan yay məktəbi öz işini davam etdirir.

Yay məktəbinin üçüncü günündə Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev və LDU-nun rektoru Natiq İbrahimov tələbələrlə görüşüblər.

Bu barədə Bizim.Media-ya BSU-dan məlumat verilib. Bildirilib ki, rektorlar iki universitet arasında möhkəmlənən əlaqələrdən və yay məktəbinin tələbələrə qazandırdığı geniş təcrübədən bəhs edərək, gələcəkdə də BSU və LDU tələbələrinin iştirakı ilə daha geniş tərkibdə yeni yay məktəblərinin təşkilinin və universitetlər arasında tələbə mübadiləsinin mümkünlüyünü vurğulayıblar.

BSU-nun rektoru Anar Nağıyev tələbələrə “İqlim dəyişikliyi və insan inkişafı” mövzusunda seminar keçib. İqlim dəyişikliyinin səbəb olduğu ekoloji təsirlərdən bəhs edən A.Nağıyev, həmçinin COP29-un Azərbaycanda keçirilməsinin önəmi və ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə artan rolu barədə geniş məlumat verib.
Görüşdən sonra tələbələr Lənkəranda yerləşən çay plantasiyasına ekskursiya ediblər. Ekskursiya zamanı tələbələr çay plantasiyasının iş prosesi, çayın yığılması, emalı və qablaşdırılması mərhələləri haqqında ətraflı məlumat alıblar. Bu praktiki təcrübə tələbələrin nəzəri biliklərini genişləndirmək və kənd təsərrüfatı sahəsində dərin anlayış əldə etmək üçün əvəzsiz bir fürsət olub.

Belə tədbirlər tələbələrə nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirmək və müxtəlif universitetlərin tələbələri arasında əlaqələri gücləndirmək imkanı yaradır.

Qeyd edək ki, iyulun 15-dən başlanmış yay məktəbi iyulun 19-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO