Səbuhi Mehdizadə yüksək vəzifəyə TƏYİN OLUNDU 

Səbuhi Mehdizadə yüksək vəzifəyə TƏYİN OLUNDU 

Hazırda oxunan: Səbuhi Mehdizadə yüksək vəzifəyə TƏYİN OLUNDU 

202427

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevə müavin təyin olunub.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən Nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub.

Bununla bağlı Prezident İlham Əliyev iyul ayının 15-də müvafiq Sərəncam imzalayıb. 

Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər  kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda  o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO