Şamaxıda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 21 nəfər...  

Şamaxıda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 21 nəfər...  

Hazırda oxunan: Şamaxıda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 21 nəfər...  

202360

Şamaxıda toyda 21 nəfər qidadan zəhərlənib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində baş verən toy mərasimində qeydə alınıb. 

Kənddə baş tutan toy mərasimində bir anda qidadan zəhərlənən qonaqlar üçün təcili tibbi yardım maşını çağırılıb. 
Onların bir hissəsi təcili tibbi yardım maşını ilə bir hissəsi isə şəxsi avtomobillərlə dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Xəstəxanadan verilən ilkin məlumata görə, onların vəziyyəti qənaətbəxş hesab olunur və artıq evə buraxılıblar. 

Qeyd edək ki, qidadan zəhərlənənlərdən 10 nəfəri qadın, 7 nəfəri isə uşaq olub. Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO