Aşura günü ilə əlaqədar qanvermə aksiyasına START verildi

Aşura günü ilə əlaqədar qanvermə aksiyasına START verildi

Hazırda oxunan: Aşura günü ilə əlaqədar qanvermə aksiyasına START verildi

202237

"Təzəpir" məscidində Aşura günü münasibətilə qanvermə aksiyası keçirilir.

Bizim.Media xəbər verir ki, aksiyalarda 100 nəfərdən çox insan iştirak edib.

Aksiyanın təşkilində B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun tibbi heyəti iştirak edir.

Qeyd edək ki aksiya keçirilən məscidlərin siyahısı aşağıdakı kimidir:

Bakı şəhəri üzrə:

l. Yasamal rayonu "Təzə Pir" məscidi;

2. Nəsimi rayonu "Əjdərbəy" məscidi;

3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı;

4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi;

5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi;

6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi;

7. Suraxanı rayonu "Qaraçuxur" məscidi;

8. Binəqədi rayonu "İmam Əli" məscidi

Regionlar üzrə:

l. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi;

2. Sumqayıt şəhər "Cümə" məscidi;

3. Lənkəran şəhər "Böyük Bazar" məscidi;

4. Masallı şəhər "Cümə" məscidi;

5. Mingəçevir şəhər "Heydər" məscidi;

6. Şəki şəhər "İmam Əli" məscidi;

7. Şirvan şəhər məscidi;

8. Bərdə şəhər "İmamzadə" ziyarətgah məscidi;

9. Quba şəhər "Ərdəbil" məscidi

10 Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi;

11.Xaçmaz şəhər məscidi;

12.Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO