Sentyabrda dünyanın ən böyük alimlərindən olan professor Lütfi Zadə son mənzilə yola salındı. 96 yaşında dünyasını dəyişən böyük alim ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət etmişdi. Bu addım Azərbaycanın elmi imicinə çox böyük fayda verəcək.
Moderator.az dünyanın düşüncə tərzinə yeni rəng qatan, elmin sərhədlərini genişləndirən böyük həmyerlimiz haqqında silsilə yazıları bundan sonra da davam etdirəcək.xa0
Həmçinin, onun şah əsəri sayılan qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnən alimlər və onların elmi işlərinə də diqqət edəcəyik. Çünki əsl alim kimi Lütfi Zadə məhz həmin elmi əsərlərdədir.
Bu silsilədən bir neçə yazını təqdim etmişik. Orada haqlı olaraq, Zadənin elmi irsinin varisi, professor Rafiq Əliyevin elmi işlərinə daha çox toxunmuşuq. Bu dəfə də həmin ardıcıllığı pozmamaq qərarına gəldik. Çünki dünyada qeyri-səli məntiq nəzəriyyəsi üzrə ən güclü mütəxəssislərdən olan Rafiq Əliyevin bu istiqamətdə gördüyü işlər daha çox və daha mükəmməldir.xa0
Qeyri-səlis məntiqin gələcəkdə ən çox tətbiq olunacaq sahələrdən biri də incəsənətdir. Bu, bəlkə də bir az qəribə göründü. Çünki əsasən, texnologiyaya, sənayeyə, iqtisadiyyata tətbiq olunan qeyri-səlis məntiqin incəsənətdə nə dərəcədə səmərə verəcəyi hamıya çox qəribə görünür. Amma Lütfi Zadədən sonra bu istiqamətin ən güclü nümayəndəsi sayılan Rafiq Əliyev bir neçə il öncə qeyri-səlis məntiqin incəsənətə tətbiqi barəsində maraqlı mülahizələrlə çıxış etmişdi. Professor İlham Rəhimlinin araşdırması əsasında mülahizələrini irəli sürən Rafiq Əliyevxa0 nüfuzlu BISC qrupun üzvlərini bu elmi iddia ilə maraqlandıra bilmişdi:
Hörmətli, BISC qrupunun üzvləri,
Professor İlham Rəhimli qeyri-səlis məntiqin incəsənətdə tətbiqi üzrə maraqlı tədqiqat həyata keçirir. Aşağıda onun bu məsələyə ümumi görüşü ilə tanış olmaq maraqlı olardı.
Hörmətlə,xa0xa0
Rafiq Əliyev”x9d.
İlham Rəhimlinin aşağıda təqdim olunan məqaləsi isə ABŞ-ın Berkli Universitetinin BISC dərgisində çap olunub. Həmin dərginin baş redaktoru məşhur alim Lütfi Zadədir:
İlham Rəhimlinin incəsənətləxa0 qeyri-səlis məntiqin bağlılığı haqqındakı yazıda Rafiq Əliyevlə Lütfi Zadədən təsirlənmələr həmən gözə dəyir ki, bunu da təbii qəbul etmək lazımdır:
“Müasir dövrdə qeyri-səlis məntiq çoxsaylı elmi tədqiqatlarda tətbiq edilməkdədir. Lakin, qeyri-səlis məntiqin sənətdə tətbiqi şedevrlərin həqiqat layını üzə çıxaran nadir bir işdir. Qeyri-səlis məntiqin prinsipləri incəsənət elementlərin və onların arasında əlaqənin təsvirində çox faydalıdır və sənətin incəliklərinə yol açır.İncəsənət nümunələrini Qeyri-səlis məntiqlə qavramağa, təhlilə çalışanda çox maraqlı həqiqət qatları açılır. Əbədiyyət qazanmış musiqi, rəsm, ifaçılıq, bəstəkarlıq... şedevrlərinə qeyri-səlis məntiqlə qiymət vermək dühaların dühalığının fəlsəfi-estetik mahiyyətinə daha gur işıq saçar.
Sənət əsərini Qeyri-səlis məntiqlə təhlil edərkən emosional dərk idrakla qavramanın yol yoldaşıdır. Ancaq emosional duyum qat-qat güclü və çevikdir.
Klassik binar məntiqdə informasiya birbaşa qəbul olunur, öyrədir, zəkada iz buraxır, ölçülə bilir.
Qeyri-səlis məntiqdə informasiya persepsiya xarakterlidir, duyğuları oyadır, çoxçalarlı ruhi mənalar verir. Emosional qavramadan idraki qavramaya ötürülür.
Klassik məntiqlə hansısa dahiyanə əsərə qiymət vermədə rəngin səsi yoxdur. Araşdırıcının Qeyri-səlis məntiqlə yanaşmasında hər bir rəngin nəhayətsiz səsləri var.
Sandro Battiçellinin tabloları öz nəğmələrini lirik tenor səslə «oxuyur».
Müəllif qeyri-səlis məntiqlə incəsənətin əlaqəsini konkret nümunələr əsasında göstərir. Onların arasında xannədə Nəzakət Teymurova da var:
xa0
Rafaelin tablolarının partiturası həzin və kövrək, poetik və yumşaq messo sopranaya uyğundur.
Klassik məntiqdə rəngin ətri yoxdur. Qeyri-səlis məntiqdə rəngin ətrləri var. Rembrantın işlərində mixəyin ətri ətrafa saçır.
Klassik məntiqdə rənglərin musiqisi yoxdur. Qeyri-səlis məntiqdə rənglərin 7 klassik notdan yüzlərlə dəfə çox təranəsi var.
Klassik məntiqdə səsin rəngi yoxdur. Qeyri-səlis məntiqdə səsin rəngləri var.
Luçano Pavarottinin, Nəzakət Teymurovanın nəğmələrində çəhrayı rəng həzin-həzin kövrəkliklə kiprik çalır. Müslüm Maqomayevin oxusunda həyəcan doğuran qırmızı rəng və onun çalarları yernən göy arasında meydan sulayır, fələknən cəngə girir.
Klassik məntiqdə formalaşmış, formalaşıb girəcləşmiş çox az sayda müəyyən qəlib-klişelər mövcuddur, onlarınn əsas prinsiplərini pozmaq olmur.
Qeyri-səlis məntiqdə qəlib-klişelər yoxdur, ancaq təhlil üçün yanaşma prinsipləri sonsuzdur. Bu sonsuzluqda isə daha çevik, təhlilə meydanlar açan emosional-estetik formalar var".
Elmin Nuri































































































