Mühasiblər üçün test imtahanının I mərhələsi keçirildi

Mühasiblər üçün test imtahanının I mərhələsi keçirildi

Hazırda oxunan: Mühasiblər üçün test imtahanının I mərhələsi keçirildi

201974

Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyul 2024-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

Bizim.Media xəbər verir ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 10 binada təşkil olunub.

İmtahanın keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 232 nəzarətçi, 31 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 5 həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) avqustun 11-də keçiriləcək və imtahanda iştirak etmək üçün qeydiyyat iyulun 30-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO