Qaxda iki avtomobil toqquşub.
Bizim.Media xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media