Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya məlumat verilib.
Belə ki, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb.
Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:25 / 14.07.2024
DİN və DSX-dən birgə ƏMƏLİYYAT - FOTO
Hazırda oxunan: DİN və DSX-dən birgə ƏMƏLİYYAT - FOTO
Hazırda oxunan: DİN və DSX-dən birgə ƏMƏLİYYAT - FOTO
201969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.