Polad Həşimovun və İlqar Mirzəyevin şəhid olmasından 4 il ötür

Polad Həşimovun və İlqar Mirzəyevin şəhid olmasından 4 il ötür

Hazırda oxunan: Polad Həşimovun və İlqar Mirzəyevin şəhid olmasından 4 il ötür

201929

General-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasından 4 il ötür.

Bizim.Media xatırladır ki, Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Onların şəhidliyi xalqımızın vətənpərvərlik duyğularının oyanmasında yeni bir dalğaya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər.
Tovuz döyüşləri, həmin döyüşlərdə bu iki yüksəkrütbəli hərbçinin şəhidlik zirvəsinə yüksəlməsi uzun illərdən bəri erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın azadlığı yolunda çox mühüm və həlledici amillərdən birinə çevrildi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO