Sakinlər istismar müddətini başa vurmuş liftdən təngə gəliblər - VİDEO 

Sakinlər istismar müddətini başa vurmuş liftdən təngə gəliblər - VİDEO 

Hazırda oxunan: Sakinlər istismar müddətini başa vurmuş liftdən təngə gəliblər - VİDEO 

201904

Nərimanov rayonu İzəddin Həsənoğlu küçəsi 2 ünvanında yerləşən doqquzmərtəbəli binanın sakinləri liftin artıq yeddi gündür ümumiyyətlə işləmədiyini bildiriblər.

Bizim.Media xəbər verir ki, onlar şikayət etdiklərini, lakin problemin həll olunmadığını qeyd ediblər.

Sakinlərdən birinin sözlərinə görə, valideyn iki körpə uşaqla günorta saatlarından axşam saat 10-dək liftdə qalıb:

"Onları Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları liftdən çətinliklə çıxarda bildilər".

"Buradan düşüb ölək? Liftin içi bərbad vəziyyətdədir", - deyə digər sakin bildirib.

Fövqəladə Hallar Nazirliyindən Baku TV-yə bildirilib ki, sözügedən lift istismar müddətini başa vurub.
Daha ətraflı BakuTV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO