Bakıda daha bir binanın lifti qırıldı: Xəsarət alanlar var – VİDEO  

Bakıda daha bir binanın lifti qırıldı: Xəsarət alanlar var – VİDEO  

Hazırda oxunan: Bakıda daha bir binanın lifti qırıldı: Xəsarət alanlar var – VİDEO  

201814

Çoxmərtəbəli binanın lifti qırılıb, iki nəfər xəstəxanalıq olub. 

Bizim.Media xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən bu binanın birinci blokundakı liftə baş verib. 

Hətta liftə qarşılaşdığımız sakin bildirdi ki, hadisədən əvvəl o da eyni liftlə aşağı düşüb.

Hadisə baş verdikdən sonra həmin iki nəfər liftə qalıb. Dərhal faktla bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Əraziyə təcili yardım gəlib. Xəsarət alan 35 və 45 yaşlı iki kişi liftdən sağ çıxarılıb və xəstəxanaya çatdırılıb. 

Bina təxminən 12 il bundan əvvəl ''Lalə'' MTK tərəfindən inşa edilib. Binanın mühafizəçisi bildirdi ki, onların liftlərində tez-tez nasazlıq baş verməyib. 

Hadisə nəticəsində xəsarət alanlarla bağlı TƏBİB də açıqlama yayıb. Bildirilir ki, 35 yaşlı şəxsə qapalı kəllə-beyin travması, 45 yaşlı şəxsə isə sol budun və topuğun travması diaqnozu qoyulub. Onlar sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 

Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO