Çay SEVGİMİZ - İsti havada qaynar çay içməyin sağlamlığımıza ZƏRƏRLƏRİ nədir?

Çay SEVGİMİZ - İsti havada qaynar çay içməyin sağlamlığımıza ZƏRƏRLƏRİ nədir?

Hazırda oxunan: Çay SEVGİMİZ - İsti havada qaynar çay içməyin sağlamlığımıza ZƏRƏRLƏRİ nədir?

201751

Yayda isti havalarda su balansına nəzarət etmək və günəşdə bədəni yandırmamağa çalışmaq çox vacibdir. Bir çoxları belə bir vaxtda xüsusilə soyuq içkilərlə, yaxud dondurma ilə istini bədəndən qovmağa çalışır. Lakin azərbaycanlıların isti havada qaynar çay içmək vərdişi var və bu, uzun illərdir davam edir. Hətta sözügedən adətimiz bir sıra xarici ölkələrin sosial şəbəkə fəalları tərəfindən maraqla qarşılanır və bu istiqamətdə çəkilən videolar trend olmağa başlayıb. 

Bəs isti havada qaynar çay içməyin insan sağlamlığına zərərləri varmı?

Həkim Adil Qeybulla Bizim.Media-ya bildirib ki, qaynar çay içmək heç bir halda məsləhət deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Paket çaylarla bağlı XƏBƏRDARLIQ – Xərçəng yaradır


“Hər bir halda çay elə temperaturda olmalıdır ki, qida borusuna zərər vurmasın. Bununla yanaşı isti çay sərin yerdə və ya kondisioner altında içilməlidir. Çünki belə olanda orqanizmin həddindən artıq qızması baş vermir. Amma birbaşa günəş şüaları altında, havalandırma olmayan yerdə isti mayenin qəbul edilməsi bədən temperaturunun həddindən artıq yüksəlməsinə səbəb ola bilər. Bu da termorequlyasiyanı poza bilər”.  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO